×
A
A
A
Sazlamalar

İyun ayında 32 aptekdə yoxlamalar aparılıb

Bakı, 11 iyul, AZƏRTAC

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, cari il iyunun 1-dən 30-dək Bakı şəhəri üzrə 27, rayonlar üzrə 5 aptek olmaqla 32 aptekdə yoxlamalar həyata keçirilib.
Aparılan yoxlamalar nəticəsində əczaçılıq müəssisələrində 7 adda 40 qutu dərman müsadirə edilib, 2 aptekdə nöqsanlar aşkarlanaraq protokol tərtib edilib.

Səhiyyə 2023-07-11 11:10:00