×
A
A
A
Sazlamalar

Balakəndə indiyədək 19,6 min tondan çox tərəvəz yığılıb

Balakən, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 2065 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1276,5 hektar sahənin məhsulu yığılıb, 19 min 662 ton tərəvəz istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1983 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq 154 sentner təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 11 min tondan çox xiyar, 2795 ton pomidor, 68 ton kələm, 2305 ton yaşıl lobya, 1184 ton baş soğan, 928 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.
Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı da davam edir. Torpaq mülkiyyətçiləri indiyədək kartof əkilmiş 627 hektar sahənin 416 hektarından 4258 ton məhsul yığıblar. Hər hektarda orta məhsuldarlıq 102,4 sentner təşkil edib. Bostan bitkiləri əkilmiş 344 hektar sahədən isə indiyədək 1678,5 ton məhsul yığılıb.

 

 

Kənd təsərrüfatı 2023-07-10 12:11:00