×
A
A
A
Sazlamalar

Bərdə: arpa sahələrində məhsuldarlıq 41,7, buğda zəmilərində isə 45,7 sentnerdir

Bərdə, 10 iyul, AZƏRTAC

Bərdə rayonunda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin məhsulu üçün 17 min 482 hektar sahədə taxıl əkilib. Onun 13 min 193 hektarı buğda, 4289 hektarı dən üçün arpadır. Bərdə taxılçıları bu günədək 15 min 539 hektar sahədə biçin aparıb, 69 min 297 ton məhsul əldə ediblər. Hər hektardan orta məhsuldarlıq 44,6 sentnerdir.
Artıq rayonda arpa biçini yekunlaşıb. Sahələrdən 17 min 885 ton məhsul toplanıb. Arpa üzrə orta məhsuldarlıq 41,7 sentnerdir. Bərdəli fermerlər buğda zəmilərinin də 11 min 250 hektarında biçin aparıb, 51 min 412 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı 45,7 sentner təşkil edir.
Hazırda rayonda buğda biçini davam edir.

 

 

Kənd təsərrüfatı 2023-07-10 11:12:00