İRİA -nın nümayəndəsi “Yüksəliş” müsabiqəsinin finalına vəsiqə qazanıb
Bakı, 8 iyul, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndəsi Ayaz Həsənquluyev 333 iştirakçı arasından uğurlu namizədlərlə birlikdə “Yüksəliş” müsabiqəsinin final mərhələsinə yüksəlib.
AZƏRTAC Agentliyə istinadla xəbər verir ki, 13 min 474 nəfərin rəqabət apardığı müsabiqədə yalnız 109 iştirakçı final mərhələsinə vəsiqə qazanıb.
Ümumilikdə Bakı üzrə 73, regionlar üzrə 36 iştirakçı final mərhələsinə keçib. Onlardan 87-si kişi, 22-si qadındır. Finalçılar arasında beynəlxalq, özəl və dövlət şirkətlərində, həmçinin QHT-də çalışan namizədlər yer alır. Finalçılar aralığında 21-30 yaşarası iştirakçılar üstünlük təşkil edir. Namizədlərdən 66-sı ötən illərin “Yüksəliş” müsabiqəsi iştirakçılarıdır.
“Yüksəliş” müsabiqəsinin final mərhələsi iyulun 15-17-də “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək. Final mərhələsinə keçid balı 17 bal təyin olunub.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb