Beyləqanda bu günədək 64 tondan çox taxıl tədarük edilib
Beyləqan, 7 iyul, AZƏRTAC
Beyləqan rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin məhsulu üçün 18 min 134 hektar sahədə taxıl əkilib. Onun 15 min 944 hektarı buğda, 2190 hektarı dən üçün arpadır. Beyləqan taxılçıları bu günədək 16 min 539 hektar sahədə biçin aparıb, 64 min 67 ton məhsul əldə ediblər. Hər hektarda orta məhsuldarlıq 38,7 sentnerdir.
Artıq arpa biçini başa çatıb. 2189 hektar arpa sahəsindən 6831 ton məhsul götürülüb. Hər hektar arpa sahəsindən orta məhsuldarlıq 31,2 sentner olub. Bu günədək 15 min 944 hektar buğda sahəsindən 14 min 350 hektarı biçilib. Həmin sahələrdən 57 min 236 ton məhsul əldə edilib. Buğda sahələrində hər hektarın orta məhsuldarlığı 39,9 sentner olub.
Hazırda rayonda buğda biçini davam edir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb