“Bakı İnvestisiya Günü 2023” davam edir
Bakı, 7 iyul, AZƏRTAC
Regionun əsas investisiya və startap tədbiri olan “Bakı İnvestisiya Günü” (“Baku ID 2023”) işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində ötən gün 100 startap investor qarşısında çıxış edib, investorlarla “one-2-one” görüşlər, panel çıxışlar keçirilib.
Tədbirin ikinci günü daha 100 startap təqdimat edəcək. Yekunda müsabiqə ilə seçilmiş 6 startap layihəsinə investorlar tərəfindən yatırım olunacaq. Həmçinin daha 3 startap bu il yaradılmış “Bakı İnvestisiya Günü”nün fondu tərəfindən seçilərək investisiya qazanacaq. İnvestorlardan artıq yarım milyon manat öhdəlik alınıb.
Qeyd edək ki, bu il tədbirə 3500-dən çox iştirakçı qatılıb. Tədbir çərçivəsində startap və investor şirkətlərin stendləri sərgilənir.
İki gün davam edən “Bakı İnvestisiya Günü” festivalı konsert proqramı ilə yekunlaşacaq.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb