×
A
A
A
Sazlamalar

Kənd qadınlarının aqrar fəaliyyətinə dəstək göstəriləcək

Bakı , 7 iyul, AZƏRTAC

Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən maliyyələşən yeni layihənin icrasına başlayıb. “Kənd Qadınlarının aqrar fəaliyyətinə dəstək” adlanan bu layihədən Ağdam, Beyləqan, Bərdə, Lənkəran, Zaqatala və Goranboy rayonunda fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qrupları və İstehsal-İstehlak Qadın Kooperativləri faydalanacaq.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Ağdam və Beyləqan rayonlarındakı fermer qadınlara aqrar mövzularda təlimlər veriləcək, Goranboy və Ağdam rayonunda məhsul bayramı keçiriləcək, fermer qadınların Bərdə və Zaqatala rayonlarında fəaliyyət göstərən Qadın Kooperativlərinə təcrübə səfərləri təşkil olunacaq.
Birbaşa faydalananların sayı 92, dolayısı yolla faydalananlar isə 48 nəfər olmaqla cəmi 140 fermer qadının bu layihəyə cəlb olunması nəzərdə tutulub.
Layihə 3 ay davam edəcək.

Kənd təsərrüfatı 2023-07-07 11:09:00