×
A
A
A
Sazlamalar

Azərbaycanlı gənclər beynəlxalq olimpiadada

Bakı, 6 iyul, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə 10 nəfərdən ibarət Azərbaycan komandası İspaniyanın Menorka adasında keçirilən beynəlxalq informatika olimpiadasında iştirak edir.
AZƏRTAC agentliyə istinadla xəbər verir ki, olimpiada çərçivəsində Harbour.Space Universiteti tərəfindən iştirakçılara bir neçə yarışdan və həmin yarışlarda olan tapşırıqların izahından ibarət təlimlər keçirilir.
Olimpiadanın bu mərhələsində qalib gələn 2 nəfər İsveçdə baş tutacaq finala vəsiqə qazanacaq və final mərhələsindən sonra qalib müəyyən ediləcək.

İKT 2023-07-06 15:55:00