Sahələrdən 2 milyon tondan çox məhsul yığılıb - biçin davam edir
Bakı, 6 iyul, AZƏRTAC
Bölgələrdə taxıl biçini davam edir. Artıq 658339 hektar sahədə biçin başa çatıb, 2,164,746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu günədək 16 rayonda taxıl sahələrinin 90 faizindən çoxunda biçin başa çatıb.
Respublika üzrə arpa sahələrinin 80 faizində biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50 faizində biçin aparılıb, 333088 hektar biçilmiş sahədən 1169774 ton buğda yığılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.
Hazırda biçin kampaniyasında 1493 kombayn iştirak edir. Onlardan 627-si “Aqroservis” ASC-nin, 866-sı isə hüquqi və fiziki şəxslərin özəl mülkiyyətində olan kombaynlardır.
“Aqroservis” ASC-nin kombaynları vasitəsilə 216848 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar vasitəsilə isə 441491 hektar sahə biçilib.
Taxıl biçini davam edir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb