×
A
A
A
Sazlamalar

İyulun 5-də Azərbaycanda COVID-19 əleyhinə 124 doza vaksin vurulub

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 124 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 88, ikinci doza vaksinlərin sayı 11 üç və daha çox doza vaksinlərin sayı 16, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 9-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 967 min 544, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 575, ikinci mərhələ üzrə 4 milyon 884 min 120, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 537, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 312-dir.

Səhiyyə 2023-07-05 16:49:00