×
A
A
A
Sazlamalar

Müsabiqə qalibi: Hazırladığımız model peyk raketi uğurla səmaya buraxıldı

Bakı, 5 iyul, AZƏRTAC
“Azərkosmos” tərəfindən verilən sənədlərə əsasən mərhələlər üzrə model peyk hazırlamışdıq. Bütün mərhələlərdən uğurla keçdik. Finalda proqramlaşdırdığımız və hazırladığımız model peyk raketi uğurla səmaya buraxıldı, bütün planlarımız mükəmməl şəkildə reallaşdı.
Bu barədə AZƏRTAC-a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirdiyi sayca 5-ci "CanSat Azerbaijan” model peyk müsabiqəsində birinci yeri tutmuş ADA Universitetinin “CanStellar” komandasının üzvü Nərgiz Əliyeva bildirib.
O qeyd edib ki, komanda ötən ilin noyabrından bu müsabiqəyə hazırlaşıb. İlkin mərhələdə ADA universitetindən 3 komanda qeydiyyatdan keçib, finaladək yalnız bir komanda yüksəlib.

İKT 2023-07-05 15:41:00