Laçınlı keçmiş məcburi köçkünlər 1123 ton taxıl istehsal ediblər
Ağcabədi, 5 iyul, AZƏRTAC
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı keçmiş məcburi köçkünlər taxıl biçinini başa çatdırıblar.
Laçın Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün Taxtakörpü ərazisində 588 hektar sahədə taxıl becərilib. Taxıl əkinlərinin 516 hektarı arpa, 72 hektarı buğdadır. Laçınlı fermerlər sahələrdən 1123 ton məhsul, o cümlədən 987 ton arpa, 116 ton buğda əldə ediblər.
Yaxın günlərdə işğaldan azad edilmiş Laçın rayonu ərazisində becərilən zəmilərdə də taxıl biçininə başlanılacaq.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb