Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edir
Bakı, 5 iyul, AZƏRTAC
Sosial şəbəkələr vasitəsilə vətəndaşlara müxtəlif tanınmış şirkətlərin adından onlayn qaydada işləməklə gəlir əldə etməyi vəd edən mesajlar göndərilir və həmin şirkətlərin rəsmi internet informasiya ehtiyatına oxşar saxta veb-səhifələr yaradılaraq vətəndaşlardan fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etmələri tələb olunur.
AZƏRTAC xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi və bu kimi mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb