×
A
A
A
Sazlamalar

Nazir müavini: Azərbaycanda vərəmli xəstələrin sayına görə vəziyyət kifayət qədər qənaətbəxşdir

Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycanda vərəmli xəstələrin sayına görə vəziyyət kifayət qədər qənaətbəxşdir. Lakin xəstələr arasında dərmanlara davamlı formaların nisbətinə görə vəziyyət yaxşı deyil.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Bakıda keçirilən vərəmlə bağlı multisektoral görüşdə çıxışı zamanı deyib.
Bu problemin nəinki ölkəmizdə, bütün dünyada mövcud olduğunu bildirən N.Zeynalov deyib: "2021-ci ildə vərəm əleyhinə dərmanlara davamlı formadan əziyyət çəkən 450 min yeni xəstə aşkarlanıb. Bu il iyunda Ümumdünya Səhiyyə Təşkilatı mikroblara qarşı antibakterial və göbələk əleyhinə davamlılıq göstərən problemlərin həlli üçün prioritet elmi-tədqiqat istiqamətlərini müəyyən edib. Elmi tədqiqat üçün 40 istiqamət seçilib və onlardan 7-si təqribən 20 faizi sırf vərəm əleyhinə dərmanlara davamlılıq probleminə həsr olunub. Bu onu göstərir ki, vərəm əleyhinə dərmanlara rezistentlik nə qədər önəmlidir".

Səhiyyə 2023-07-05 11:18:00