×
A
A
A
Sazlamalar

Lucica Ditiu: Azərbaycan vərəmlə mübarizəyə regional və qlobal səviyyədə töhfə verə bilər

Bakı, 5 iyul, AZƏRTAC

Vərəmlə mübarizədə dövlət dəstəyi önəmlidir. Azərbaycan vərəmlə mübarizəyə regional və qlobal səviyyədə töhfə verə bilər. Belə ki, Azərbaycan bu istiqamətdə bütün əsas iştirakçıları bir araya gətirə bilər.
AZƏRTAC xəbər verir ki, bunu “Stop TB Partnership” təşkilatının icraçı direktoru Lucica Ditiu Bakıda keçirilən Vərəmlə bağlı multisektoral görüşdə deyib.
O, həmçinin deyib: “Hamımız vərəmlə mübarizəni gücləndirməyə çalışırıq. Odur ki, sentyabrda keçiriləcək görüşdə yüksək səviyyəli şəxsləri bir araya gətirmək çox önəmlidir”.

Səhiyyə 2023-07-05 11:08:00