×
A
A
A
Sazlamalar

İyulun 4-də Azərbaycanda COVID-19 əleyhinə 192 doza vaksin vurulub

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 192 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 160, ikinci doza vaksinlərin sayı 7, üç və daha çox doza vaksinlərin sayı 19, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 6-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 967 min 420, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 487, ikinci mərhələ üzrə 4 milyon 884 min 109, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 521, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 303-dür.

 

Səhiyyə 2023-07-04 16:44:00