×
A
A
A
Sazlamalar

İyulun 4-də Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb

Bakı, 4 iyul, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 952 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 660 nəfər müalicə olunaraq sağalıb, 10 min 283 nəfər vəfat edib. Aktiv xəstə sayı 9 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1430, bu günə qədər isə ümumilikdə 7 milyon 646 min 279 test icra olunub.



 

Səhiyyə 2023-07-04 16:38:00