×
A
A
A
Sazlamalar

Əhliman Əmiraslanov: Xəstəyə təyin olunan dərmanın molekul formulu mütləq qeyd edilməlidir

Bakı, 4 iyul, AZƏRTAC

Bizi narahat edən ən əsas problemlərdən biri məhz dərman vasitələrinin Azərbaycanda istehsal olunmamasıdır.
Ələt Azad İqtisadi Zonasında 4 zavod tikilir ki, bunların arasında dərman vasitələri istehsal edən müəssisələrin olması çox müsbət haldır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iyulun 4-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
Reseptlərin yazılmasında sui-istifadə hallarına yol verildiyini bildirən komitə sədri deyib: “Xəstəyə təyin olunan dərmanın molekul formulu mütləq qeyd olunmalıdır”.
Dərmanlara gömrükdə məhdudiyyət qoyulması məsələsinə də münasibət bildirən Əhliman Əmiraslanov bu sahədə ciddi problemlərin olduğunu bildirib. Vurğulayıb ki, insanlar bu dərmanları xaricdə satmaq üçün deyil, öz müalicələri üçün gətirirlər. Bu sahədə boşluqlar aradan qaldırılmalıdır.

Səhiyyə 2023-07-04 14:32:00