×
A
A
A
Sazlamalar

İndiyədək qeydiyyatdan keçməmiş dərman vasitələrinin qiymətlərində dəyişiklik olmayacaq

Bakı, 4 iyul, AZƏRTAC

İndiyədək qeydiyyatdan keçməmiş dərman vasitələrinin qiymətləri ilə bağlı dəyişikliklər effektli olmayacaq.
AZƏRTAC xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iyulun 4-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini bildirib ki, Analitik Ekspertiza Mərkəzinin yenidən formalaşması, yəni, rəqəmsallaşmaya uyğunlaşması vacib məsələlərdəndir. Sənədlər müddətli olmadığı təqdirdə, rəqəmsallaşma bu kontekstdə çox əhəmiyyət kəsb edir.
Dərman vasitələrinin çeşidinin artırılmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu bildirən Rasim İsmayılovun sözlərinə görə, dərman vasitələrinin içliklərinin uyğun dillərdə yazılması idxalçıların üzərinə məsuliyyət qoyacaq.

Səhiyyə 2023-07-04 13:30:00