×
A
A
A
Sazlamalar

Reseptlərin ancaq elektron formada verilməsi sui-istifadə hallarına gətirib çıxara bilər

Bakı, 4 iyul, AZƏRTAC

Qüvvədə olan Qanuna əsasən müxtəlif dərman vasitələrinin eyni ticarət adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir. “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklə bu tələb yumşaldılır.
Biz COVID-19 pandemiyası dövründə ölkədə qeydiyyatı olmayan dərman vasitələri ilə bağlı ciddi problemlər yaşadıq.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov komitənin iyulun 4-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
Qanun layihəsindəki bəzi məqamlara aydınlıq gətirən Rəşad Mahmudov qeyd edib ki, sənəddə göstərildiyi kimi reseptlərin ancaq elektron formada verilməsi əslində sui-istifadə hallarına gətirib çıxara bilər.
“Sui-istifadə hallarının qarşısının alınması üçün reseptlərin elektron və ya kağız formada verilməsi daha məqsədəuyğun olardı”, - deyə deputat qeyd edib.
Dərman təhlükəsizliyi məsələsindən də danışan R.Mahmudov deyib: “Elə etmək lazımdır ki, istehsalçı və istehlakçı arasında münasibətlər pozulmasın”.

Səhiyyə 2023-07-04 12:56:00