×
A
A
A
Sazlamalar

Ağcabədi taxılçıları bu günədək 17 min 599 hektar sahədə biçin aparıblar

Ağcabədi, 3 iyul, AZƏRTAC

Ağcabədi rayonunun taxılçıları biçini davam etdirirlər. Artıq 17 min 599 hektar sahədə biçin aparılıb, 75 min 302,6 ton məhsul əldə olunub. Biçilmiş məhsulun 50 min 209 tonu buğda, 25 min 94 tonu arpadır. Hər hektarın orta məhsuldarlığı buğda sahələrində 45,98 sentner, arpa sahələrində isə 37,6 sentner təşkil edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 26 min 664,2 hektar sahədə taxıl becəriblər. Onun 19 min 514,2 hektarı buğda, 7150 hektarı arpadır.
Düzgün aqrotexniki qulluq sayəsində zəmilərdə bol məhsul yetişib. Taxıl biçininə, ümumilikdə rayon üzrə 56 taxılbiçən kombayn cəlb edilib. Bunun 27-si “Aqroservis” ASC-yə məxsus, 8 ədədi fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan, 21-i isə digər rayonlardan gəlmiş texnikadır.

 

Kənd təsərrüfatı 2023-07-03 18:05:00