×
A
A
A
Sazlamalar

İyulun 1-də Azərbaycanda COVID-19 infeksiyasına 2 yoluxma faktı qeydə alınıb

Bakı, 1 iyul, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 947 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 652 nəfər müalicə olunaraq sağalıb, 10 min 283 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 337, bu günə qədər isə ümumilikdə 7 milyon 644 min 15 test icra olunub.

Səhiyyə 2023-07-01 17:33:00