×
A
A
A
Sazlamalar

İyunun 28-də Azərbaycanda COVID-19 infeksiyasına 3 yoluxma faktı qeydə alınıb

Bakı, 28 iyun, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 yoluxma faktı qeydə alınıb, 8 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 942 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 637 nəfər müalicə olunaraq sağalıb, 10 min 282 nəfər vəfat edib. Aktiv xəstə sayı 23 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 310, bu günə qədər isə ümumilikdə 7 milyon 643 min 211 test icra olunub.

Səhiyyə 2023-06-28 20:26:00