×
A
A
A
Sazlamalar

İyunun 25-də Azərbaycanda COVID-19 əleyhinə 89 doza vaksin vurulub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 89 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 50, ikinci doza vaksinlərin sayı 10, üç və daha çox doza vaksinlərin sayı 24, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 5-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 944, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 110, ikinci mərhələ üzrə 4 milyon 884 min 94, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 452, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 288-dir.

Səhiyyə 2023-06-25 16:47:00