×
A
A
A
Sazlamalar

Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Bakı, 25 iyun, AZƏRTAC

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və Xətai rayon komissiyasının birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən ümumilikdə 218 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.
Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.

 

Səhiyyə 2023-06-25 16:13:00