×
A
A
A
Sazlamalar

Avropa Pediatrlar Assosiasiyası Azərbaycanda reanimasiya tədbirləri üzrə böyük təlim keçirəcək

Bakı, 25 iyun, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan Pediatrlar Assosiasiyasının işini yeni müstəviyə qaldırdı, assosiasiyanı bütün dünyada tanıdılar. Demək olar ki, 32 ildir ki, Azərbaycan Beynəlxalq Pediatriya Assosiasiyasının üzvüdür.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti Təranə Tağızadə deyib.
T.Tağızadə, həmçinin qeyd edib ki, bu il sentyabrın 15-dən 17-dək Avropa Pediatrlar Assosiasiyası Azərbaycanda ilk dəfə reanimasiya tədbirlər üzrə böyük təlim keçirəcək. Bu kurs assosiasiyanın üç ekspertinin iştiraki ilə fövqəladə hallar zamanı yardımın təşkilinə həsr olunacaq. Kursun K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilməsi planlaşdırılır.

Səhiyyə 2023-06-25 15:10:00