×
A
A
A
Sazlamalar

Tovuz şəhərində keçirilən oftalmoloji aksiya zamanı 170-ə yaxın şəxs müayinə olunub

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 23-24-də akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən Tovuz şəhər sakinləri üçün oftalmoloji aksiya keçirib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən xəbərə görə, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi aksiya çərçivəsində 166 nəfər müayinə olunub.
Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasiyentlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkarlanması və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Minarə Quliyeva və Gəncə filialının həkim-oftalmoloqu Elçin Əsgərov tərəfindən həyata keçirilib.

Səhiyyə 2023-06-25 09:54:00