×
A
A
A
Sazlamalar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Moldova Digital Summit”ində iştirak edib

Bakı, 24 iyun, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) əməkdaşları Moldovada keçirilən “Moldova Rəqəmsal Sammiti 2023” tədbirində iştirak edib.
AZƏRTAC-a Agentlikdən bildirilib ki, tədbir Moldova Respublikası Baş nazirinin təşəbbüsü ilə həyata keçirilib.
Sammitdə iştirak edən İRİA sədrinin müşaviri Şahin Əliyev “Şərq Tərəfdaşlığının Rəqəmsal Trendləri” panel müzakirəsində çıxış edib.
Şahin Əliyev çıxışı zamanı aşağıdakı əsas mövzulara toxunub: rəqəmsal hökumət; rəqəmsal cəmiyyət; rəqəmsal biznes; rəqəmsal infrastruktur; rəqəmsal ekosistem.
İyirmi iki ildir hər il reallaşan tədbirin əsas məqsədi İKT sektorunun populyarlaşmasına töhfə verməkdir. "İRİA dünyanın hər yerində rəqəmsal siyasətimizi tanıtmaq və İKT sektorumuzu inkişaf etdirmək üçün var gücü ilə çalışır",- deyə məlumatda qeyd olunub.

İKT 2023-06-24 17:30:00