Şəkidə indiyədək 29 min hektardan çox taxıl sahəsinin məhsulu biçilib
Şəki, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası davam edir. İndiyədək 12 min 720 hektarı arpa, 437 hektarı buğda olmaqla, 13 min 157 hektar sahənin məhsulu biçilib, 29 min 586,2 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 22,5 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurum rəsmisi bildirib ki, ötən ilin payızında rayonda 2023-cü ilin məhsulu üçün 64 min 572,8 hektar sahədə taxıl səpini aparılıb. Havaların uzun müddət yağmursuz, quraq keçməsi, anomal hava şəraiti, həmçinin güclü küləklərin əsməsi səbəbindən 19 min 6 hektar taxıl sahəsi tamamilə məhv olub. Ona görə də builki mövsümdə rayonda 45 min 566,8 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Biçiləcək sahələrin 18 min 952 hektarı arpa, 26 min 614,8 hektarı isə buğda sahələridir.
Baş məsləhətçi bildirib ki, indiyədək tədarük olunan taxılın 28 min 747,2 tonu arpa, 839 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 22,6 sentner, buğda sahələrindən isə 19,2 sentner məhsul götürülüb. Hazırda sahələrdə 116 taxılbiçən kombayn işləyir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb