İstixana üçün nəzərdə tutulmuş yeni pomidor hibridlərinin sınaq əkininə başlanılıb
Bakı, 24 iyun, AZƏRTAC
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb. Yeni perspektiv pomidor hibridləri Şəmkir rayonunun Əliyaqublu kəndində fermerlərin istixana təsərrüfatlarında sınaq məqsədilə əkilib.
AZƏRTAC xəbər verir ki, aqrotexniki tədbirlər kompleksi fonunda hibrid bitkilərin suvarılması, gübrələnməsi, xəstəlik və zərərvericilərə qarşı profilaktik mübarizə işləri və digər becərmə əməliyyatları qəbul edilmiş normalara uyğun olaraq aparılıb.
Nümayiş əkini prosesində yeni pomidor hibridlərinin təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Bildirilib ki, müxtəlif təyinatlı altı yeni pomidor hibridi qənaətbəxş nəticələr göstərir. Hibridlər yüksək məhsuldarlığına, dad və əmtəəlik keyfiyyətinə, o cümlədən tez yetişkənliyinə görə seçilirlər. Yeni perspektiv pomidor hibridləri fermerlər tərəfindən müsbət qiymətləndirilib.
Yeni pomidor hibridlərinin nümayiş əkinləri tam başa çatdıqdan sonra Dövlət Reyestrində qeydiyyata alınması üçün Aqrar Xidmətlər Agentliyinə təqdim olunması planlaşdırılır.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb