×
A
A
A
Sazlamalar

İyunun 23-də Azərbaycanda COVID-19 əleyhinə 75 doza vaksin vurulub

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 75 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 45, ikinci doza vaksinlərin sayı 12, üç və daha çox doza vaksinlərin sayı 14, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 4-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 766, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 412 min 18, ikinci mərhələ üzrə 4 milyon 884 min 61, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 408, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 279-dur.

Səhiyyə 2023-06-23 16:46:00