×
A
A
A
Sazlamalar

İyunun 23-də Azərbaycanda COVID-19 infeksiyasına 11 yoluxma faktı qeydə alınıb

Bakı, 23 iyun, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 11 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 929 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 608 nəfər müalicə olunaraq sağalıb, 10 min 282 nəfər vəfat edib. Aktiv xəstə sayı 39 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 791, bu günə qədər isə ümumilikdə 7 milyon 640 min 803 test icra olunub.

Səhiyyə 2023-06-23 16:45:00