×
A
A
A
Sazlamalar

“Ericsson” şirkətinin nümayəndəsinin iştirakı ilə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində təlim keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

“Ericsson” şirkətinin Azərbaycan və Avrasiya üzrə CTO Networks rəhbəri Anatoli İliyaiç Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) tələbələri üçün təşkil olunmuş təlimdə iştirak edib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlim çərçivəsində tələbələrə telekommunikasiya sahəsinin, xüsusilə də 5G təhlükəsizliyinin təmin olunması barədə ətraflı məlumat verilib.
Daha sonra tələbələrlə sual-cavab sessiyası təşkil edilib.
Qeyd edək ki, “Ericsson” şirkəti Azərbaycan əhalisinin 90 faizdən çoxunu mobil şəbəkə ilə təmin edir.

İKT 2023-06-23 15:08:00