×
A
A
A
Sazlamalar

ÜST: Dünyada COVID-19 səbəbindən ölüm hallarının sayı dörd həftə ərzində 58 faiz azalıb

Bakı, 23 iyun, AZƏRTAC

Dünyada mayın 22-dən iyunun 18-dək koronavirus infeksiyasına 1,2 milyondan çox insan yoluxub, 7,1 mindən artıq insan ölüb. Ölüm hallarının sayı ötən 28 gün ilə müqayisədə 58 faiz, yoluxma hallarının sayı isə 48 faiz azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində deyilir.
ÜST-yə əsasən dünyada dörd həftə ərzində 1 210 687 yoluxma halı və 7 168 ölüm halı qeydə alınıb. Bu dövr üzrə ən çox - 363 382 yoluxma halı Koreya Respublikasında aşkar edilib. Daha sonra Avstraliya (135 144), Braziliya (85 987), Fransa (71 197) və Sinqapur (54 581) yer alıblar. Braziliyada mayın 22-dən iyunun 18-dək ən çox - 978 ölüm halı qeydə alınıb. Daha sonrakı yerlərdə İspaniya (729), Rusiya (526), Avstraliya (496) və İtaliya (420) qərarlaşıb.

Səhiyyə 2023-06-23 14:52:00