×
A
A
A
Sazlamalar

Hər kəsin ən azı ildə iki dəfə İİV müayinəsindən keçməsi tövsiyə olunur

Bakı, 23 iyun, AZƏRTAC

İİV/QİÇS infeksiyası ilə mübarizədə ən əsas şərt profilaktik tədbirlərin həyata keçirilməsidir. Profilaktika hər zaman müalicədən daha üstündür. Riskli davranışlardan çəkinmək, pis vərdişlərdən uzaq olmaq, gigiyenik qaydalara əməl etmək və xəstəliklə bağlı maariflənməklə İİV-ə yoluxmadan qoruna bilərik.
AZƏRTAC bildirir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova deyib. O, tövsiyə edib ki, hər bir şəxs yoluxma şübhəsindən asılı olmayaraq, ən azı ildə iki dəfə İİV müayinəsindən keçsin. Müayinələr Respublika QİÇS-lə Mübarizə Mərkəzində və regional laboratoriyalarda anonim qaydada və ödənişsiz olaraq həyata keçirilir. Eyni zamanda, müayinədən keçən şəxslər üçün mərkəzin mütəxəssisləri tərəfindən ödənişsiz konsultasiya aparılır, xəstəliyə yoluxma yolları izah olunur, pre və postkontakt profilaktika barədə məlumatlar verilir. Əgər bir şəxsin İİV-ə yoluxma şübhəsi varsa, müayinələrdən keçdikdən sonra yoluxma riski mütəxəssis tərəfindən qiymətləndirilir. Həmin şəxsə 72 saatdan gec olmayaraq postkontakt profilaktika təyin olunur.

Səhiyyə 2023-06-23 13:06:00