×
A
A
A
Sazlamalar

Lənkəranda buğda və arpa biçininə başlanılıb

Lənkəran, 23 iyun, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda buğda və arpa biçininə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran rayonunda cari ildə 758,2 hektar sahədə buğda, 70,6 hektar sahədə isə arpa əkini həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 255,1 hektar buğda, 31,9 hektar arpa daha çox əkilib.
Hazırda Lənkəran rayonunda dənli bitkilərin biçininə də başlanılıb.
Bu il də kənd və qəsəbələrdə biçin prosesi növbəlilik əsasında həyata keçirilir. Növbəliliyin yaradılmasına inzibati ərazi dairəsi üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən dəstək göstərilir, biçinə və növbəlilik sisteminə nəzarətin təmin olunmasını isə Dövlət Aqrar İnkişaf Mərkəzi həyata keçirir.
Qeyd edək ki, bu il ölkə ərazisində 1 058 398,9 hektar sahədə taxıl əkilib. Bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.

Kənd təsərrüfatı 2023-06-23 11:22:00