Bu gün Azərbaycanda COVID-19 əleyhinə 75 doza vaksin vurulub
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 75 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 39, ikinci doza vaksinlərin sayı 6, üç və daha çox doza vaksinlərin sayı 29, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 691, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 973, ikinci mərhələ üzrə 4 milyon 884 min 49, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 394, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 275-dir.
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 111 yoluxma faktı qeydə alınıb
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
COVID-19-un EQ.5 mutasiyasından qorunmaq üçün sadə gigiyenik qaydalara əməl etmək lazımdır
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar