Taxıl zəmilərinin 33 faizində biçin yekunlaşıb, 1 milyon tondan çox məhsul yığılıb
Respublikanın 12 rayonunda arpa biçini başa çatıb
Bakı, 22 iyun, AZƏRTAC
Bölgələrdə taxıl biçini davam edir. Artıq payızlıq əkin sahələrinin 33 faizində biçin başa çatıb. Bu günədək sahələrdən 728937 ton arpa, 366037 ton buğda yığılıb. Ölkə üzrə payızlıq arpa sahələrinin 60 faizində, buğda sahələrinin isə 16 faizində biçin başa çatıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 30.2 sentner, buğda üzrə isə 34.4 sentner təşkil edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq payızlıq arpa əkini aparılmış 12 rayonda arpa biçini tam yekunlaşmaq üzrədir. Bu mövsüm İmişli rayonunda 18 min hektara yaxın sahədə taxıl əkilib. Bu günədək sahələrdən 11885 hektarında biçin başa çatıb. Sahələrdən 46 min tondan artıq məhsul yığılıb, taxıl üzrə orta məhsuldarlıq 38,8 sentner/ha təşkil edir. İmişli rayonunda arpa sahələrinin 95 faizində biçin prosesi yekunlaşıb.
Hazırda rayonun taxıl sahələrində 24 kombayn cəlb olunub, bunlardan 11 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır. Biçinə həmçinin fiziki və hüquqi şəxslərə məxsus 13 özəl kombayn cəlb olunub.
Qeyd edək ki, hazırda respublikanın 61 rayonunda biçin gedir. Biçin prosesinə ümumilikdə 1447 kombayn cəlb edilib. Ölkə üzrə biçin aparılmış sahələrin 95223 hektarı “Aqroservis” ASC-nin kombaynları, qalan hissəsi isə özəl kombaynlar vasitəsilə biçilib. “Aqroservis” ASC-nin kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Bu il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib, bunun 40 faizi arpa, 60 faizi buğda sahəsidir.
Ağstafada Aqrar İnnovasiya Festivalı çərçivəsində toxum sərgi-satış yarmarkası təşkil olunub
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
Qəhvəyi mərmər bağacığını aşkar etmək məqsədilə Şəkinin kəndlərində 100 feromon tələ asılıb