×
A
A
A
Sazlamalar

Göygöl rayonunda taxıl biçininə start verilib

Göygöl, 22 iyun, Elcan Məmmədov, AZƏRTAC

Göygöl rayonunda taxıl biçininə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu il Göygöl rayonu ərazisində 5 min 44 hektar sahədə taxıl əkilib. Bunun 3 min 284 hektarı buğda, 1 min 760 hektarı isə arpa sahəsidir.
Taxıl biçini prosesinin idarə olunması məqsədilə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzində yaradılmış qərargahın üzvləri aidiyyəti üzrə sahələrə təhkim ediliblər. Onlar biçinin optimal müddətdə başa çatdırılması, məhsulun vaxtında və itkisiz yığılması üçün koordinasiya olunaraq, taxıl biçinində gedişatı gündəlik nəzarətdə saxlamaqla operativ zəruri tədbirlər həyata keçirirlər.

 

Kənd təsərrüfatı 2023-06-22 12:19:00