Startap və ekosistem nümayəndələri dünyanın ən böyük “Unicorn” şirkətlərinin təcrübəsindən yararlana bilərlər
Bakı, 22 iyun, AZƏRTAC
Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startaplar və ekosistem nümayəndələri “Unicorn” şirkətlərdə təcrübə imkanı yaradır.
AZƏRTAC xəbər verir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və “Future Education” şirkətinin təşəbbüsü ilə yaradılan “Founders Academy” proqramına qeydiyyat bu gündən etibarən başlayıb.
“Founders Academy” vasitəsilə startap və ekosistem nümayəndələri dünyanın ən böyük “Unicorn” şirkətlərinin təcrübəsindən yararlana bilərlər.
Layihənin məqsədi Azərbaycan startaplarının qlobal bazara çıxması üçün kömək etməkdir. Bu proqram vasitəsilə startap təsisçiləri “Unicorn” şirkətlərdə çalışaraq, öz startaplarını qlobal bazara çıxarmaq üçün təcrübə qazanacaq.
Proqram Bakıda baş tutacaq iki günlük “bootcamp” və ardınca 3 aydan 6 aya qədər davam edəcək mübadilə proqramı təklif edir.
İlkin mərhələdə 10 startap və 2 ekosistem nümayəndəsinin seçilməsi nəzərdə tutulub və bu rəqəmlərin daha artırılması planlaşdırılır.
Son qeydiyyat tarixi 2023-cü il iyulun 3-dür. Qeydiyyat üçün linkə keçid: https://airtable.com/shrcQIxE7nHickDDM .
Qeyd edək ki, “Unicorn” şirkətləri dünya bazarlarında qiyməti 1 milyard dollardan çox olan startap-kampaniyadır. Bu termin 2010-cu ildən başlayaraq istifadə olunur. Silikon Vadidə yaradılan startaplar və 5-7 il ərzində 1 milyard dollardan çox gəlir əldə etmiş Airbnb, Twitter, WhatsApp, DropBox, Lyft kimi startap-şirkətlər belə adlanır.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb