×
A
A
A
Sazlamalar

Tərtər taxılçıları bu günədək 12 min 563,8 ton məhsul tədarük ediblər

Tərtər, 22 iyun, AZƏRTAC

Tərtər rayonunda cari ildə 10 min 529,9 hektar sahədə taxıl becərilib. Onun 6845,2 hektarı buğda, 3684,7 hektarı dən üçün arpadır. Tərtərli fermerlər və torpaq mülkiyyətçiləri hazırda arpa ilə yanaşı, buğda biçinini də davam etdirirlər.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 2858,6 hektar taxıl sahəsində biçin aparılıb, 12 min 563,8 ton məhsul əldə edilib. Məhsulun 1041 tonu buğda, 11 min 522,8 tonu arpadır. Hər hektar taxıl sahəsinin orta məhsuldarlığı 44 sentner, o cümlədən buğda üzrə 45,7 sentner, arpa üzrə 43,8 sentnerdir. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 2,1 sentner, arpanın məhsuldarlığı 5,3 sentner artıb.

 

Kənd təsərrüfatı 2023-06-22 10:58:00