×
A
A
A
Sazlamalar

Azərbaycanlı startapçılar üçün yeni fürsət

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startaplar üçün Silikon Vadisi təcrübələrindən faydalanmağa imkanı qazandıran yeni layihəyə start verib.
AZƏRTAC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Silikon Vadisi Mentorluq Proqramı” qlobal bazara çıxmaq potensialı olan yerli startaplara təcrübəli mentor dəstəyi verir.
Proqram çərçivəsində iki təcrübəli mentor - Marvin Liao və Rik Rasmussen öz bilik və bacarıqlarını artırmaq üçün mütəmadi olaraq mentorluq sessiyaları keçirəcəklər. Bu, azərbaycanlı startapçılar üçün yeni fürsətdir.
Qlobal bazara çıxmaq üçün uyğun məhsula malik olan bütün startaplar proqramda iştirak edə bilərlər. Qeydiyyat üçün son tarix iyunun 27-sidir.

İKT 2023-06-22 10:57:00