×
A
A
A
Sazlamalar

Ötən il “Azərkosmos”un ümumi mənfəəti 4,4 milyon, xalis mənfəəti isə 1,4 milyon olub

Bakı, 21 iyun, AZƏRTAC

“Azərkosmos” ASC 2022-ci ilə dair illik hesabat sənədini təqdim edib.
AZƏRTAC ASC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, 2022-ci ilin maliyyə nəticələrinə əsasən, “Azərkosmos”un ümumi mənfəəti 4,4 milyon, xalis mənfəəti isə 1,4 milyon olub.
Ümumilikdə, “Azərkosmos”un gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır.
Qeyd edək ki, “Azərkosmos” 10 illik fəaliyyəti dövründə “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peyklərinin xidmətlərindən 500 milyon manat gəlir əldə edib.

İKT 2023-06-21 15:07:00