×
A
A
A
Sazlamalar

İnformasiya və rabitə müəssisələri 1168,7 milyon manatlıq xidmətlər göstərib

Bakı, 21 iyun, AZƏRTAC

Yanvar-may aylarında informasiya və rabitə müəssisələri tərəfindən 1168,7 milyon manatlıq xidmətlər göstərilib. Onun da 76,7 faizi əhali tərəfindən istehlak olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13,5 faiz çoxdur.
Bu sahədə əldə edilmiş gəlirin 83 faizi qeyri-dövlət sektorunun payına düşüb.

İKT 2023-06-21 15:05:00