×
A
A
A
Sazlamalar

İyunun 20-də Azərbaycanda COVID-19 infeksiyasına 6 yoluxma faktı qeydə alınıb

Bakı, 20 iyun, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, 1 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 1 nəfər dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 831 min 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 600 nəfər müalicə olunaraq sağalıb, 10 min 282 nəfər vəfat edib. Aktiv xəstə sayı 20 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1131, bu günə qədər isə ümumilikdə 7 milyon 638 min 486 test icra olunub.

Səhiyyə 2023-06-20 16:46:00