×
A
A
A
Sazlamalar

Qazimiz Respublika Klinik Xəstəxanasında uğurlu əməliyyat keçirib

Bakı, 20 iyun, AZƏRTAC

Respublika Klinik Xəstəxanasında qazimiz Yeqor Qodakov uğurlu əməliyyat olunub.
Xəstəxanadan AZƏRTAC-a bildirilib ki, Qəbələ rayon Nic kənd sakini, qazi Yeqor Qodakov qəza keçirməsi nəticəsində TƏBİB-in tabeliyində olan akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilib, xəstəxananın Travmatologiya şöbəsinin uzman həkimi Türkel Hüseynoğlu tərəfindən müayinə edilib, xəstəyə sol baldır və sağ diz qapağı sümüklərinin qəlpəli yerdəyişən sınıqları diaqnozu qoyulub.
Xəstəyə sol qamış sümüyünə intramedulyar osteosintez və sağ diz qapağına veber üsulu ilə osteosintez cərrahi əməliyyatı olunub. Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının personalına minnətdarlığını bildirib.
II Qarabağ müharibəsi qazisi Yeqor Qodakov 2000-ci ildə Qəbələ rayonunun Nic kəndində anadan olub. Suqovuşanın, Laçın və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Səhiyyə 2023-06-20 11:39:00