×
A
A
A
Sazlamalar

İyunun 19-da Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Bakı, 19 iyun, AZƏRTAC

İyunun 19-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksin vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 966 min 395, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 411 min 813, ikinci mərhələ üzrə 4 milyon 884 min 28, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 404 min 288, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 266-dır.

Səhiyyə 2023-06-19 16:41:00