“AzInTelecom”da yaranan texniki nasazlıqla bağlı araşdırma aparılır
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 16-da günorta saatlarında “AzInTelecom” MMC-nin bəzi avadanlıqlarında yaranan texniki nasazlıqla bağlı ətraflı araşdırma davam etdirilir.
AZƏRTAC “AzInTelecom” MMC-yə istinadla xəbər verir ki, dayanmanın qeydə alındığı andan etibarən şirkət mütəxəssisləri tərəfindən dərhal müdaxilə edilib və 1 (bir) saat ərzində çətinlik aradan qaldırılıb. Növbəti saatlarda “AzInTelecom” MMC-dən xidmət əldə edən tərəfdaşlarla əlaqə saxlanılaraq onların sistemlərində qeydə alınan çətinliklər aradan qaldırılıb və həmin gün bir neçə saat ərzində bütün qurumların xidmətlərinin əlçatanlığı təmin olunub.
“AzInTelecom” MMC-yə məxsus infrastruktura daxil olan bütün avadanlıqlar beynəlxalq təhlükəsizlik və dayanıqlılıq standartlarına uyğundur və təchizatçı şirkət tərəfindən avadanlıqlar beynəlxalq zəmanət verilir.
Dayanma baş verən anda dərhal beynəlxalq təchizatçı şirkətə müraciət olunub. Təchizatçı şirkətin texniki dəstək komandası və beynəlxalq mühəndislər tərəfindən araşdırmalar davam etdirilir. Baş verən hadisə çox az rastlanan hal olduğu üçün beynəlxalq şirkət tərəfindən aparılan araşdırmanın yekunlaşdırılmasına vaxt tələb olunur.
Beynəlxalq təchizatçı şirkət tərəfindən baş verən nasazlığın səbəbləri barədə “AzInTelecom” MMC-yə hesabat təqdim edildikdən sonra ictimaiyyətə məlumat veriləcək.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb