×
A
A
A
Sazlamalar

Mütəxəssis: Küləkli hava xroniki ağciyər xəstələri üçün daha təhlükəli vəziyyət yarada bilər

Bakı, 19 iyun, AZƏRTAC

Havanın kəskin dəyişməsi insan orqanizminə olduqca mənfi təsir göstərir. Xüsusilə, küləkli havalar xroniki ağciyər xəstələri üçün daha təhlükəli vəziyyət yarada bilər.
Bunu AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib. O qeyd edib ki, ürək-damar sistemi, xroniki ağciyər xəstəlikləri, bronxial astma, endikrinoloji problemlər, şəkərli diabet, hipertoniya kimi xəstəliklərdən əziyyət çəkən insanlara dəyişkən hava şəraiti daha ciddi təsir edə bilər.
Terapevt bu dövrlərdə xroniki xəstələrin mütəmadi olaraq dərmanlarını qəbul etmələrini tövsiyə edib: “Əgər, ağırlaşmalar müşahidə olunarsa, mütəxəssislə məsləhətləşmək lazımdır. Həkimlər bu kimi vəziyyətlərdə, adətən, dərmanların miqdarında dəyişiklik edir. Xüsusilə, küləkli havalarda çölə çıxmaq məsləhət görülmür”.

Səhiyyə 2023-06-19 15:00:00