×
A
A
A
Sazlamalar

Mobil tətbiqlər istifadəyə verilib

Bakı, 19 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən (İSİM) hər yerdə, hər zaman müxtəlif aspektləri əhatə edən peşəkar tibbi məsləhət, habelə tövsiyələrin alınmasını vətəndaşlar üçün daha rahat və çevik edən mobil tətbiqləri istifadəyə verilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, hazırda nazirliyin qurumu tərəfindən "İlk yardım tətbiqi", "Ürəyinizi qoruyun", "Şəkərli diabet", “Sağlam qida”, "Tütündən imtina et", "Saglamlıq" və digər mobil əlavələri yükləmək mümkündür.
Tətbiqləri telefona və ya planşetə yükləyərək, təcili tibbi yardım xidmətləri və ya digər təcili yardım qurumları tərəfindən lazım olduqda və ya təlimat verildikdə ilk yardım tədbirlərini həyata keçirmək və ya aparılan tədbirlərə yardımçı olmaq üçün tematik videolara və sadə təlimatlara çıxış imkanı əldə etmiş olursunuz. Eyni zamanda, düzgün qida rasionunu tərtib etməyə, tütünçəkmənin zərərləri və tütünçəkmədən imtina metodikaları, ürək-damar xəstəliklərinin əsas risk faktorları, streslə mübarizə metodları və digər faydalı materiallarla tanış olmaq mümkündür.
Həmçinin “VideoDoktor” mobil tətbiqi ev şəraitində yüksək keyfiyyətli tibbi yardım əldə etməyə, peşəkar tibbi məsləhətlər almağa imkan verir. İstifadəsi olduqca rahat olan “MD Reference” mobil tətbiqin əsas funksiyası həkim və digər səhiyyə işçilərinin tibbin ən son yeniliklərindən xəbərdar olmalarına kömək etməsidir.
Mobil əlavələri “Google Play Market” və “App Store”dan yükləmək mümkündür. Onlar Android və İOS sistemləri tərəfindən dəstəklənir.
Bu mobil tətbiqlər barədə ətraflı məlumat və təlimatları İSİM-in rəsmi saytında (https://isim.az/) “Resurslar” bölməsinin “Mobil əlavələr” alt bölməsinə daxil olaraq əldə etmək və yükləmək mümkündür (https://isim.az/az/pages/46-Mobil-elaveler).

 

 

 

Səhiyyə 2023-06-19 13:13:00